Futbol üzrə Avropa Liqasının qrup mərhələsinin dördüncü turunun rəmzi komandası açıqlanıb.
LEQAL.AZ xəbər verir ki, bu dəfə heyətdə 9 müxtəlif klubun üzvləri yer alıblar.
Heyətdə qapıçı - Dominik Livakoviç (“Dinamo Zaqreb”), müdafiəçilər - Fauzi Qoulam (“Napoli”), Nemanya Milunoviç (“Srvena Zvezda”), Abdulaye Sek (“Antverpen”), Vendell (“Bayer”), yarımmüdafiəçilər - Kodi Qapko (PSV), Harri Vinks (“Tottenhem”), Kerem Demirbay (“Bayer”), Nikolas Pepe (“Arsenal”), hücumçular - Karlos Vinisius (“Tottenhem”) və Ercan Kara (“Rapid”) yer alıblar.
Qeyd edək ki, bu turda Azərbaycan təmsilçisi “Qarabağ” “Sivasspor”a 3:2 hesabı ilə məğlub olub.