Noyabrın 27-də UEFA Avropa Liqasının qrup mərhələsinin dördüncü turunun ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.
LEQAL.AZ UEFA-nın saytına istinadla xəbər verir ki, qitənin ən nüfuzlu ikinci klub turnirinin dördüncü turu çərçivəsində keçirilən oyunların nəticələrinə əsasən həftənin ən yaxşı futbolçusu adına Nikolas Pepe (Arsenal), Karlos Vinisius (Tottenhem), Kerem Demirbay (Bayer Leverkuzen) və Kodi Qakpo (PSV) iddialıdırlar.
Nikolas Pepe komandasının Norveçin “Molde” klubunu 3:0 hesabı ilə məğlub etdiyi görüşdə bir dəfə fərqlənib. K.Vinisius evdə Bolqarıstanın “Ludoqorets” komandasına 4:0 qalib gəldikləri matçda dubl edib. K.Qakpo Yunanıstanda PAOK-a 2:3 hesabı ilə uduzduqları qarşılaşmada bir qol və bir məhsuldar ötürmə ilə yadda qalıb. K.Demirbay isə İsrailin “Hapoel Beer-Şeva” komandasını 4:1 hesabı ilə məğlub etdikləri görüşdə fərqlənib.
Qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasında səsvermə nəticəsində bəlli olacaq.