
Azərbaycan Premyer Liqasında 28-ci tur davam edir.
Leqal.az xəbər verir ki, bu gün daha iki matç oynanılacaq.
Əvvəlcə “Sabah” öz meydanında “Kəpəz”i qəbul edəcək. Hazırda paytaxt təmsilçisi 36 xalla 5-ci, Gəncə klubu 24 xalla 9-cu pillədə qərarlaşıb.
Günün ikinci qarşılaşmasında 67 xalla lider olan “Qarabağ” 12 xal az toplanış ən yaxın izləyicisi “Zirə”ni qəbul edəcək.
Qeyd edək ki, tura sabah yekun vurulacaq.
6 aprel (bazar)
17:00. “Sabah” - “Kəpəz”
Hakimlər: Rauf Cabarov, Pərvin Talıbov, Şirmamed Mamedov, Rəvan Həmzəzadə
VAR: Nicat İsmayıllı
AVAR: Akif Əmirəli
“Bank Respublika Arena”
19:30. “Qarabağ” – “Zirə”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Əkbər Əhmədov
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli
Tofiq Bəhramov adına Respublika Stadionu