“Qarabağ”dan növbəti qələbə

“Qarabağ”dan növbəti qələbə
  • İdman

  • Azərbaycan Premyer Liqasında 29-cu turun oyunları keçirilib.

    İkinci oyun gününün ikinci qarşılaşması Tofiq Bəhramov adına Respublika stadionunda baş tutub.

    Burada çempionluğu artıq təmin etmiş “Qarabağ” “Səbail”i sınağa çəkib. Altı qolluq matçın yekununda Ağdam klubu sevinib.

    Xatırladaq ki, turun ötən gün baş tutmuş ilk oyununda “Araz-Naxçıvan” “Kəpəz”ə uduzub – 1:2. Bu gün isə “Turan Tovuz” “Sabah”ı 2:0 hesabıyla məğlub edib. “Zirə” – “Qəbələ” və “Neftçi” – “Sumqayıt” oyunları sabah keçiriləcək.

    Azərbaycan Premyer Liqası
    29-cu tur
    6 aprel

    “Qarabağ” – “Səbail” 4:2
    Qollar: Yassin Benzya, 15; 40. Toral Bayramov, 69-pen. Nəriman Axundzadə, 90 – Nir Bardea, 7. Rüfət Abdullazadə, 88.
    Hakimlər: Nicat İsmayıllı, Vüsal Məmmədov, Asiman Əzizli, Əli Əliyev.
    Tofiq Bəhramov adına Respublika stadionu, 20:00.

    //qafqazinfo
    PAYLAŞ:

    Oxşar xəbərlər