UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ" - "Dinamo" (Zaqreb, Xorvatiya) oyunu baş tutub.
Leqal.az xəbər verir ki, “Dinamo” 2:0 hesablı qələbə qazanıb. Oyunun 32-ci dəqiqəsində Marko Pyasta fərqlənib.
55-ci dəqiqədə Mateus Silva avtoqolun müəllifi olub.
Xorvatiyada baş tutan ilk oyunda meydan sahibləri 3:0 hesabı ilə qalib gəlmişdi.
Qeyd edək ki, görüşü İngiltərədən olan baş hakim Maykl Oliver idarə edib.