21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası martın 18-dən 26-dək Bakıda təlim-məşq toplanışı keçirəcək.
Leqal.az xəbər verir ki, millimiz Avropa çempionatının seçmə mərhələsi çərçivəsində martın 22-də, saat 16:00-da İngiltərə, martın 26-da, saat 16:00-da isə Ukraynanın müvafiq yaş qrupundan ibarət yığma komandaları ilə qarşılaşacaq.
Hər iki oyun "Azərsun Arena"da keçiriləcək.
Bu oyunlar üçün U-21 yığmamıza aşağıdakı futoblçular dəvət alıblar:
1. Amin Ramazanov - Qarabağ
2. Rüstəm Samiqullin - Sabah
3. Yusif İmanov - Sabah
4. Süleyman Damadayev - Şamaxı
5. İbrahim Ramazanov - Qəbələ
6. Seymur Məmmədov - Sabah
7. Cəlal Hüseynov - Arda (Bolqarıstan)
8. Həzrət İsayev - İmişli
9. Abdulla Rzayev - Araz-Naxçıvan
10. Rüfət Əhmədov - Kəpəz
11. Rüfət Abbasov - Neftçi
12. Ayxan Süleymanlı - Sumqayıt
13. Qurban Səfərov - Şamaxı
14. Nazim Həsənzadə - Zirə
15. Camal Cəfərov - Kəpəz
16. Ramin Nəsirli - Araz-Naxçıvan
17. Xəyal Əliyev - Sabah
18. Murad Vəliyev - Nomme Yunayted (Estoniya)
19. Fərid Yusifli - Turan Tovuz
20. Emil Səfərov - Qəbələ
21. Zeynəddin Abdurahmanov - Səbail
22. Samir Abdullayev - Səbail
23. Mehrac Baxşalı - Qəbələ
24. Nəriman Axundzadə - Qarabağ
25. Ağadadaş Salyanski - Neftçi