Millimizin oyunlarının biletləri satışa çıxarıldı

Millimizin oyunlarının biletləri satışa çıxarıldı
  • İdman

  • Azərbaycan millisinin FIFA tərəfindən ilk dəfə Bakıda təşkil olunacaq “FIFA series – Edition 2024” layihəsi çərçivəsində keçirəcəyi oyunların biletləri satışa çıxarılıb. “Qafqazinfo” xəbər verir ki, azarkeşlər Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüşlər üçün biletləri əldə edə bilərlər.

    Biletlərin qiyməti 1-ci kateqoriyaya 10, 2-ci kateqoriyaya 5, 3-cü kateqoriyaya 2 manatdı. VIP1 üçün 30, VIP2 üçün isə 25 manatlıq bilet müəyyən edilib.

    Azarkeşlər biletləri Gənclik Mall, 28 Mall, Köşk No1 (Sahil m. M.Rəsulzadə 3), Köşk No2 (Bülbül prospekti, Nizami küç.), 1 Saylı ASAN xidmət mərkəzi, 2 Saylı ASAN xidmət mərkəzi, 4 Saylı ASAN xidmət mərkəzi və 1 Saylı Sumqayıt Regional ASAN xidmət mərkəzindən ala bilər.

    Qeyd edək ki, yığmamız martın 22-də Monqolustan, 25-də isə Bolqarıstanla qarşılaşacaq. Hər iki görüş saat 20:00-da başlayacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər