Azərbaycan Premyer Liqasında bu gün XXIII turdan təxirə salınan oyun keçiriləcək.
Turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan “Qəbələ” lider “Qarabağ”ı qəbul edəcək.
Qəbələ şəhər stadionunda baş tutacaq matç “qırmızı-qaralar”ın yeni baş məşqçisi Kaxaber Sxadadzenin komandanın "sükanı arxasında" debüt oyunu olacaq. Baş hakim Tural Qurbanov saat 19:00-da oyunun start fitini səsləndirəcək.
Azərbaycan Premyer Liqası
XXIII turdan təxirə salınan oyun
28 fevral
19:00. “Qəbələ” – “Qarabağ”
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, Rauf Allahverdiyev.
VAR: Rəşad Əhmədov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Qəbələ şəhər stadionu
//report