Azərbaycan Karate Federasiyasının vitse-prezidentləri seminarda iştirak ediblər

Azərbaycan Karate Federasiyasının vitse-prezidentləri seminarda iştirak ediblər
  • İdman

  • Bolqarıstanın Varna şəhərində Azərbaycan Karate Federasiyasının vitse-prezidentləri - Füzuli Musayev, Rəhman Hətəmov və baş katib Qabil Sayadov Kyokuşin Dünya Birliyinin (KWU) SENŞİ qış seminarında iştirak ediblər.

    Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Leqal.az-a verilən məlumata görə, seminar müddətində SENŞİ professional Liqa yarışları da təşkil olunub. 4 günlük seminarda dünyanın ən tanınmış kyokuşinkay karate, K-1, kudo, UFC, kikboksinq və SENŞİ ulduzları iştirak ediblər. Onlar arasında Akira Masuda, Semmy Şilt, Albert Kraus, Fransisko Filyo, İvo Kamenov, Qlaub Feitosa, Yusuke Fuji və digər məşhur ustalar yer alıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər