AVRO-2024-ün final mərhələsinin püşkü atılıb

AVRO-2024-ün final mərhələsinin püşkü atılıb
  • İdman

  • 2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatının final mərhələsinin püşkü atılıb.

    "Report"un məlumatına görə, Hamburqda gerçəkləşən tədbirə 21 milli komanda qatılıb.

    Turnirin açılış matçı Almaniya və Şotlandiya yığmaları arasında gerçəkləşəcək.

    A qrupu: Almaniya, Macarıstan, Şotlandiya, İsveçrə

    B qrupu: İspaniya, Albaniya, Xorvatiya, İtaliya

    C qrupu: İngiltərə, Danimarka, Sloveniya, Serbiya

    D qrupu: Fransa, Avstriya, Niderland, A Yolunda pley-off qalibi (Polşa, Estoniya, Uels, Finlandiya)

    E qrupu: Belçika, Rumıniya, Slovakiya, B Yolunda pley-off qalibi (İsrail, İslandiya, Bosniya və Herseqovina, Ukrayna)

    F qrupu: Portuqaliya, Türkiyə, Çexiya, C Yolunda pley-off qalibi (Gürcüstan, Lüksemburq, Yunanıstan, Qazaxıstan)

    AVRO-2024-ə son üç vəsiqənin sahibi pley-off mərhələsindən sonra bəlli olacaq.

    Qeyd edək ki, Avropa çempionatı 14 iyun - 14 iyulda Almaniyanın 10 şəhərində təşkil olunacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər