Avropa Liqası: Bu gün "Qarabağ"ın pley-off mərhələsindəki mümkün rəqibi bilinəcək

Avropa Liqası: Bu gün "Qarabağ"ın pley-off mərhələsindəki mümkün rəqibi bilinəcək
  • İdman

  • Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək.

    İsveçrənin Nyon şəhərində təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.
    Püşkatma mərasimində Azərbaycan çempionu "Qarabağ"ın da potensial rəqibləri bəlli olacaq.

    Bu raundda 20 komanda ümumilikdə 10 cütlük təşkil edəcək. Pley-off mərhələsinin görüşləri 24-31 avqustda keçiriləcək.

    Avropa Liqası
    Pley-off mərhələsi


    1-ci qrup

    "Ayaks" (Niderland)
    LASK (Avstriya)
    "Aberdin" (Şotlandiya)
    "Çukariçki" (Serbiya)
    "Zorya" (Luqansk, Ukrayna)
    "Union" (Belçika)

    2-ci qrup

    "Rakuv" (Polşa) / "Aris" (Limasol, Kipr) cütünün məğlubu
    "Slovan" (Slovakiya) / "Makkabi" (Hayfa, İsrail) cütünün məğlubu
    AEK (Yunanıstan) / "Dinamo" (Zaqreb, Xorvatiya) cütünün məğlubu
    "Olimpiya" (Sloveniya) / "Qalatasaray" (Türkiyə) cütünün məğlubu
    "Kopenhagen" (Danimarka) / "Sparta" (Praqa, Çexiya) cütünün məğlubu
    "Klaksvik" (Farer adaları) - "Molde" (Norveç) cütünün məğlubu

    3-cü qrup

    "Jalgiris" (Litva) / "Haken" (İsveç) cütünün qalibi
    "Qarabağ" (Azərbaycan) / HİK (Finlandiya) cütünün qalibi
    "Jrinski" (Bosniya və Herseqovina) / "Breydablik" (İslandiya) cütünün qalibi
    "Şerif" (Moldova) / BATE (Belarus) cütünün qalibi
    "Astana" (Qazaxıstan) / "Ludoqorets" (Bolqarıstan) cütünün qalibi

    4-cü qrup

    "Luqano" (İsveçrə)
    "Olimpiakos" (Yunanıstan) / "Genk" (Belçika) cütünün qalibi
    "Slaviya" (Praqa, Çexiya) - "Dnepr-1" (Ukrayna) cütünün qalibi

    Report
    PAYLAŞ:

    Oxşar xəbərlər