Millimizdən ikinci qol - İsveç şokda!

Millimizdən ikinci qol - İsveç şokda!
  • İdman

  • Azərbaycan millisi bu gün Avro-2024-ün seçmə mərhələsində F qrupunda növbəti oyununa çıxacaq.

    “Qafqazinfo” xəbər verir ki, rəqib İsveç yığması olacaq. Bakıda - Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş  saat 21:00-da başlayacaq.

    Bu oyunu qadın hakim idarə edəcək. Referi isveçrəli Ester Ştaubli olacaq.

    Qeyd edək ki, bu komandalar arasında keçirilən ilk oyunda İsveç Azərbaycana 5:0 hesabı ilə qalib gəlmişdi.

    Avro-2024, seçmə mərhələ, 9-cu tur

    16 noyabr

    21:00 Azərbaycan - İsveç

    Baş hakim: Ester Ştaubli (İsveçrə)

    Tofiq Bəhramov adına Respublika stadionu.

    ***

    Komandaların start heyətləri açıqlanıb:

    Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 2. Rahil Məmmədov, 4. Bəhlul Mustafazadə, 5. Anton Krivotsyuk, 3. Elvin Cəfərquliyev, 7. Coşqun Diniyev, 20. Aleksey İsayev, 8. Emin Mahmudov (k), 11. Ramil Şeydayev, 17. Toral Bayramov, 9. Renat Dadaşov

    Ehtiyat oyunçular: Yusif İmanov, Rəşad Əzizli, Höccət Haqverdi, Turan Manafov, Mahir Emreli, Eddi İsrafilov, Ramil Şeydayev, Elvin Camalov, Ozan Can Kökcü, Qismət Alıyev, Tural Axundzadə, Musa Qurbanlı

    İsveç: 1. Robin Olsen, 13. Ken Sema, 4. Filip Helander, 3. Viktor Lindelöf (k), 14. Linus Valqvist, 10. Emil Forsberq, 18. Samuel Qustafson, 9. Yens Kayuste, 19. Mattias Svanberq, 21. Deyan Kulusevski, 17. Viktor Qyökeres

    Ehtiyat oyunçular: Yohansson, Nordfeldt, Kraft, Hien, Hult, Klaesson, Ekdal, Rohden, Starfelt, Larsson, Olsson, Quaisson

    ***

    Matç başladı.

    ***

    3-cü dəqiqədə millimiz hesabı açır. Emin Mahmudov adını tabloya yazdırır.

    ***

    Millimizdən ikinci qol! Renat Dadaşov 6-cı dəqiqədə hesabı 2:0 edir.
    PAYLAŞ:

    Oxşar xəbərlər