Azərbaycan millisi Avstriyaya uduzub, rəqib final mərhələsinə yüksəlib

Azərbaycan millisi Avstriyaya uduzub, rəqib final mərhələsinə yüksəlib
  • İdman

  • Futbol üzrə Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində növbəti oyununu keçirib.

    "Report"un məlumatına görə, Canni De Byazinin baş məşqçisi olduğu kollektiv Bakıda Avstriya seçməsini qəbul edin.

    Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma qonaqların qələbəsi ilə bitib - 1:0.

    Rəqibin heyətində 48-ci dəqiqədə Marsel Sabitzer penaltidən fərqlənib.

    Bu nəticədən sonra xallarının sayını 16-ya çatdıran Avstriya final mərhələsinə vəsiqəni təmin edib. Azərbaycan yığması isə 6 matçdan sonra 4 xalla 4-cü pillədə qərarlaşıb.

    21:07
    Azərbaycan və Avstriya milliləri arasında keçirilən AVRO-2024-ün seçmə mərhələ oyununda ilk qol vurulub.

    "Report"un məlumatına görə, 48-ci dəqiqədə qonaqlar hesabı açıblar.

    Rəqibin heyətində Marsel Sabitzer penaltidən fərqlənib.

    21:03
    Azərbaycan və Avstriya milliləri arasında keçirilən AVRO-2024-ün seçmə mərhələ oyununda ikinci hissə başlayıb.

    "Report"un məlumatına görə, hələlik görüşdə hesab açılmayıb.

    20:47
    Azərbaycan və Avstriya milliləri arasında keçirilən AVRO-2024-ün seçmə mərhələ oyununda birinci hissə başa çatıb.

    "Report"un məlumatına görə, komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.

    20:00
    Azərbaycan və Avstriya milli komandaları arasında keçirilən AVRO-2024-ün seçmə mərhələ oyunu başlayıb.

    "Report"un məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 20:00-da start götürüb.

    Görüşü yunanıstanlı Aristotelis Diamantopulosun rəhbərlik etdiyi yunanıstanlı hakimlər briqadası idarə edirlər.

    F qrupunun digər matçında qitə birinciliyinin final mərhələsinə vəsiqəni təmin etmiş Belçika İsveçi qəbul edəcək.

    Qeyd edək ki, qrupda 6 oyundan sonra Belçika 16 xalla liderdir. Avstriya 13 xalla ikinci, beş matç keçirmiş İsveç 6 xalla üçüncü, Azərbaycan 4 xalla 4-cü sıradadır. Bir xalı olan Estoniya isə sonuncu pillədə qərarlaşıb.

    18:51
    Bakıda AVRO-2024-ün seçmə mərhələsində üz-üzə gələcək Azərbaycan və Avstriya millilərinin heyətləri müəyyənləşib.

    "Report" xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar.

    Azərbaycan: 12. Şahrudin Məhəmmədəliyev, 3. Elvin Cəfərquliyev, 4. Rahil Məmmədov, 5. Anton Krivotsyuk, 6. Höccət Haqqverdi, 7. Coşqun Diniyev, 8. Emin Mahmudov (k), 9. Renat Dadaşov, 11. Ramil Şeydayev, 17. Toral Bayramov, 20. Aleksey İsayev.

    Avstriya: 12. Aleksander Şlager, 2. Maksimilian Vöber, 4. Ksaver Şlager, 6. Nikolas Seyvald, 7. Saşa Kalayciç, 10. Florian Qrilliç, 15. Filipp Linhart, 16. Romano Şmid, 17. Florian Kaynts, 18. Aleksander Prass, 20. Konrad Laymer (k)

    Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Avstriya oyunu saat 20:00-da başlayacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər