Azərbaycan yığması Belarusa qalib gəlib

Azərbaycan yığması Belarusa qalib gəlib
  • İdman

  • Azərbaycan millisi bu gün növbəti oyununu keçirib.
    Apasport.az saytının məlumatına görə, yığmamız Millətlər Liqasında II dövrəyə start verib.

    İlk üç oyunda nəinki qələbəyə, hətta qola da həsrət qalan Canni de Byazinin yetirmələri Belarusla qarşılaşıb. Qrup autsayderlərinin görüşü sonuncu pillənin taleyi baxımından böyük önəm kəsb edirdi.

    Keçirdiyi bütün matçlarda oyun keyfiyyəti baxımından rəqibindən geri qalmasa da, istəyinə çata bilməyən millimiz “Dalğa Arena”dakı qarşılaşmada azarkeşlərini sevindirməyi bacarıb. İlk yarıda rəqibin müqavimətini qıra bilməyən komandamız yalnız son dəqiqələrdə Mahir Emreli və Ramil Şeydayevin topları sayəsində qrupda ilk qələbəsini qazanıb və turnir cədvəlində 3-cü pilləyə yüksəlib. Bu, həm də yığmamızın turnirdə ilk qolları olub.

    Qeyd edək ki, qrupun digər görüşündə Qazaxıstan Slovakiyanı 2:1 hesabı ilə məğlub edərək, liderliyini möhkəmlədib.

    C liqası, 3-cü qrup
    13 iyun
     

    20:00. Azərbaycan - Belarus - 2:0

    Qollar: 
    Mahir Emreli, 76, Ramil Şeydayev, 90+3

    Azərbaycan: 12. Şahruddin Məhəmmədəliyev, 4. Bəhlul Mustafazadə, 15. Bədavi Hüseynov, 18. Cəlal Hüseynov, 13. Abbas Hüseynov, 3. Azər Salahlı, 14. Eddi İsrafilov, 20. Riçard Almeyda, 8. Emin Mahmudov (k), 9. Renat Dadaşov, 11. Ramil Şeydayev

    Ehtiyat oyunçular: 1. Emil Balayev, 23. Səlahət Ağayev, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Coşqun Diniyev, 7. Namik Ələskərov, 10. Mahir Emreli, 16. Dmitri Nazarov, 17. Tural Bayramov, 19. Anton Krivotsyuk, 21. Anatoli Nuriyev, 22. Aleksey İsayev

    Baş məşqçi: Canni de Byazi

    Belarus: 12. Pavel Pavlyuçenko, 4. Ruslan Xadarkeviç, 6. Sergey Politeviç, 2. Kirill Peçenin, 8. Qleb Şauçenka, 5. Vladislav Malkeviç, 3. Valeri Baçarov, 14. Yevgeni Yablonski (k), 9. Maks Ebonq, 21. Vladislav Klimoviç, 10. İvan Baxar

    Ehtiyat oyunçular: 1. Yeqor Xatkeviç, 16. Maksim Plotnikov, 7. Artyom Bıkov, 11. Yeqor Boqomolski, 13. Dmitri Bessmertnı, 15. Ruslan Yudenkov, 17. Denis Qreçixo, 18. Pavel Sedko, 19. Dmitri Podstrelov, 20. Zaxar Volkov, 22. Roman Bequnov, 23. Valeri Qromiko

    Baş məşqçi: Georgi Kondratyev

    Baş hakim: Anastasios Papapetrou (Yunanıstan)

    Bakı, “Dalğa Arena”/apa

    1Qazaxıstan43106-2
    10
    2Slovakiya43013-3
    6
    3Azərbaycan41122-3
    4
    4Belarus40221-4
    2
    PAYLAŞ:

    Oxşar xəbərlər