Xədicə Qədəşova Azərbaycan cüdo tarixinin ilk qadın dünya çempionu olub

Xədicə Qədəşova Azərbaycan cüdo tarixinin ilk qadın dünya çempionu olub
  • İdman

  • Azərbaycanın qadın cüdoçusu Xədicə Qədəşova Xorvatiyanın paytaxtı Zaqrebdə yeniyetmələr arasında dünya çempionatında qızıl medal qazanıb.

    52 kiloqram çəki dərəcəsində fəxri kürsüyə qalxan idmançı Azərbaycan cüdo tarixinin ilk qadın dünya çempionu olub.

    O, final görüşündə Fransa təmsilçisi Alisya Pulanjı məğlub edərək bu titula sahib çıxıb.

    Qeyd edək ki, finalda uduzan Məhəmməd Musayev (60 kiloqram) və Əbil Yusubov (66 kiloqram) isə gümüş medalla kifayətləniblər.
    PAYLAŞ:

    Oxşar xəbərlər