Azərbaycanın yunan-Roma güləşçisi Yusif Əhmədli Türkiyənin İstanbul şəhərində keçirilən U-17 dünya çempionatında finala yüksəlib.
Leqal.az xəbər verir ki, 65 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda özbəkistanlı İslambek Kərimcanova 12:4 hesabı ilə qalib gəlib. Onun finaldakı rəqibi Zaur Beslekoyev (AİN) olacaq.
Qeyd edək ki, dünya çempionatı avqustun 6-dək davam edəcək.