Azərbaycan boksçusu Avropa Oyunlarında 1/4 finala yüksəlib

Azərbaycan boksçusu Avropa Oyunlarında 1/4 finala yüksəlib
  • İdman

  • Azərbaycan boksçusu Murad Allahverdiyev (80 kq) Polşada keçirilən III Avropa Oyunlarına ikinci döyüşünü keçirib.

    Apasport.az saytının məlumatına görə, ilk görüşündə Kevin Şumannı (Almaniya) mübarizədən kənarlaşdıran idmançı 1/8 finalda Nikita Niystedi (Finlandiya) sınağa çəkib.

    Qarşılaşma Allahverdiyevin qələbəsi ilə başa çatıb. Hər 3 raundu xeyrinə bitirən boksçumuz yekunda 4:1 (30:27, 30:27, 29:28, 30:27, 28:29) hesabı ilə qalib gəlib.

    O, 1/4 final döyüşünə iyunun 28-də çıxacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər