Dünya çempionatı: Azərbaycanı təmsil edən boksçu qardaşlar 1/8 finala yüksəlib

Dünya çempionatı: Azərbaycanı təmsil edən boksçu qardaşlar 1/8 finala yüksəlib
  • İdman

  • Azərbaycan boksçusu Sərxan Əliyev Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında 1/16 final görüşünü keçirib.

    Leqal.az-ın məlumatına görə, 71 kq çəki dərəcəsində yer alan idmançı şotlandiyalı Stiven Nyuns ilə üz-üzə gəlib. Görüş S.Əliyevin qələbəsi ilə yekunlaşıb - 5:0.

    Beləliklə, o, qardaşı Tayfur Əliyev kimi 1/8 finala yüksəlib.

    22:45
    Azərbaycan boksçusu Tayfur Əliyev Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında 1/16 final görüşünə çıxıb.

    "Report"un məlumatına görə, 60 kq çəki dərəcəsinə təsadüf edən döyüşdə rəqib italiyalı Simone Spada olub. Əliyev 5:0 hesabı ilə qalib gələrək, növbəti mərhələyə yüksəlib. 1/8 finalda rəqib Finlandiya təmsilçisi Arslan Xatayev olacaq. O, ilk qarşılaşmasında haitili Çarles Petit-Hommu üstələmişdi.

    Qeyd edək ki, bu gün Azərbaycanın daha bir boksçusu Sərxan Əliyev 71 kq çəkidə 1/16 final görüşünü keçirəcək. Onun rəqibi şotlandiyalı Stiven Nyuns olacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər