İtaliya A Seriyasında XXIX tura yekun vurulub.
Turun bağlanış, həm də mərkəzi oyunu paytaxt “Roma”da baş tutub. İkinci pillədə qərarlaşan “Latsio” “Yuventus”u qəbul edib. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 58-ə yüksəldən “qartallar” ikinci pillədə möhkəmləniblər. Lider “Napoli”dən 16 xal geri qalan “Latsio”, üçüncü “Roma”nı beş xal üstələyir. “Yuventus” isə 44 xalla 7-cidir. Maliyyə maxinasiyalarına görə Turin klubunun hesabından 15 xal silinib.