Bu gün “Qarabağ”ın Çempionlar Liqası matçı var

Bu gün “Qarabağ”ın Çempionlar Liqası matçı var
  • İdman

  • Bu gün ölkəmizi UEFA Çempionlar Liqasında təmsil edən “Qarabağ” yeni mövsümdə ilk matçına çıxacaq.

    Leqal.Az xəbər verir ki, Qurban Qurbanovun komandası qitənin bir nömrəli yarışının 1-ci təsnifat mərhələsində Polşa “Lex”i ilə qarşılaşacaq.
     
    “Köhlən atlar” “Lex”lə ilk matçını Polşada keçirəcək. Qarşılaşma 22:00-da start götürəcək. 
     
    Komandaların cavab matçı bir həftə sonra Bakıda baş tutacaq.

    UEFA Çempionlar Liqası
    1-ci təsnifat mərhələsi, ilk oyun
    5 iyul
     
    22:00. Lex - Qarabağ

    Hakimlər: Xose Luis Munuera, Pau Sebrian Devis, Antonio Ramon Martines Moreno, Xorxe Figeroa Vaskes (hamısı İspaniya).
    Polşa, Poznan./qafqazinfo
    PAYLAŞ:

    Oxşar xəbərlər