Azərbaycanın iki boksçusu Fərqanədə finala çıxdı

Azərbaycanın iki boksçusu Fərqanədə finala çıxdı
  • İdman

  • Özbəkistanın Fərqanə şəhərində yeniyetmə boksçular arasında İsrailjon Rüstəmovun xatirəsinə həsr olunan beynəlxalq turnirdə yarımfinal döyüşləri keçirilir.

    Leqal.Az xəbər verir ki, beş ölkədən 164 idmançının qatıldığı yarışda Azərbaycan millisinin dörd üzvü final üçün rinqə çıxıb.

    Boksçularımızdan Tağı Nəsibov (-50 kq) özbəkistanlı Şahbaz Erqaşevlə üz-üzə gəlib. Rəqibini məğlub edən həmyerlimiz finala yüksəlib. Onun uğurunu Məhəmmədəli Aşurəliyev (-54 kq) də təkrarlayıb. Muradulla Sunatullayevdən (Özbəkistan) güclü olan milli üzvü qızıl medal uğrunda döyüşə vəsiqə qazanıb.

    Yığmamızın digər boksçuları Məhəmmədəli Qasımzadə (-57 kq) və Ziya Həsənov (-66 kq) isə yarımfinalda məğlub olaraq bürünc medalla kifayətləniblər./oxu.az

    Qeyd edək ki, final görüşləri mayın 24-də olacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər