Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə Avropa çempionatında qadın güləşçilər mübarizəyə başlayacaq.
“Leqal.az” xəbər verir ki, Azərbaycanın iki idmançısı da yarışa start verəcək.
50 kq-da Türkan Nəsirova təsnifat mərhələsində yerli idmançı Şimonetta Şekerlə qarşılaşacaq.
59 kq-da Alyona Kolesnik isə A qrupunda Elif Yanik və Elene Heykeni məğlub edib yarımfinala adlamağa çalışacaq.//qafqazinfo