Sərbəst güləşçilərimiz lisenziya turnirində mübarizəyə başlayır

Sərbəst güləşçilərimiz lisenziya turnirində mübarizəyə başlayır
  • İdman

  • Bu gün Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa Olimpiya Təsnifat Turniri start götürəcək.

    LEQAL.AZ xəbər verir ki, martın 21-dək davam edəcək yarışda Azərbaycanın 16 idmançısı mübarizə aparacaq.

    Yarışın ilk günündə sərbəst güləşçilər - İslam Bazarqanov (57 kq), Hacı Əliyev (65 kq), Hacımurad Hacıyev (74 kq), Abubakr Abakarov (86 kq) və Camaləddin Məhəmmədov (125 kq) qüvvəsini sınayacaq. Məhəmmədov mübarizəyə 1/4 finaldan, digərləri isə 1/8 finaldan başlayacaqlar.

    Yarış Bakı vaxtı ilə saat 14:00-da start götürəcək. Yarımfinallar isə 21:00-da başlayacaq. Hər çəkidə finala vəsiqə qazananlar həm də Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya əldə edəcəklər.

    Sərbəst güləş

    57 kq
    1/8 final: İslam Bazarqanov - Niklas Steşele (Almaniya)

    65 kq
    1/8 final: Hacı Əliyev - George Ramm (Böyük Britaniya)

    74 kq
    1/8 final: Hacımurad Hacıyev - Andre Afa (Fransa)

    86 kq
    1/8 final: Abubakr Abakarov - İştvan Vereb (Macarıstan)

    125 kq
    1/4 final: Camaləddin Məhəmmədov - Tapani Heyno (Finlandiya)

    Qeyd edək ki, martın 19 - 20-də qadın, 20 - 21-də isə yunan-Roma güləşi üzrə mübarizə baş tutacaq

    Qadınlardan ibarət millinin tərkibində Leyla Qurbanova (53 kq), Alyona Kolesnik (57 kq), Tatyana Omelçenko (62 kq), Elis Manolova (68 kq) və Gözəl Zutova (76 kq) yarışda çıxış edəcək.

    Yunan-Roma güləşçilərindən isə Murad Məmmədov (60 kq), İslambek Dadov (67 kq), Sənan Süleymanov (77 kq), İslam Abbasov (87 kq), Murad Lokyayev (97 kq) və Beka Kandelaki (130 kq) olimpiadaya lisenziya qazanmağa çalışacaq.(report)
    PAYLAŞ:

    Oxşar xəbərlər