Avropa Konfrans Liqası: “Qarabağ” Bakıda tarixi oyuna çıxır

Avropa Konfrans Liqası: “Qarabağ” Bakıda tarixi oyuna çıxır
  • İdman

  • Bu gün “Qarabağ” Bakıda tarixi oyuna çıxacaq.

    "Leqal.az"ın xəbərinə görə, komandamız bu gün Avropa Konfrans Liqasının 1/16 final mərhələsi çərçivəsində Fransanın köklü klublarından olan “Marsel”i qəbul edəcək.

    Çempionlar Liqasını qazanmış yeganə Fransa klubu olan “Marsel”lə matçda “Qarabağ” hücum futbolu nümayiş etdirməyə çalışacaq. Çünki komandamız Marseldə keçirilmiş ilk matçda 1:3 uduzub. Komandamız ən pis halda 2 top fərqi ilə qalib gəlməlidir ki, matçı əlavə vaxt və ya penaltilər seriyasına daşıya bilsin. //oxu.az

    21:45 “Qarabağ” (Azərbaycan) – “Marsel” (Fransa)

    Hakimlər: Bartoş Frankovski, Marçin Bonek, Yakub Vinkler, Kjıştof Yakubik (hamısı Polşa)

    Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

    Oynamayacaqlar: Şahruddin Məhəmmədəliyev, Xayme Romero (hər ikisi “Qarabağ”), Luis Enrike (“Marsel”)

    İlk oyun – 1:3

    Avropa Konfrans Liqasının pley-off mərhələsinin digər oyunları:

    21:45 “Randers” (Danimarka) – “Lester” (İngiltərə)

    İlk oyun – 1:4

    21:45 “Partizan” (Serbiya) – “Sparta” (Çexiya)

    İlk oyun – 1:0

    21:45 “Makkabi” (Təl-Əviv, İsrail) – PSV (Niderland)

    İlk oyun – 0:1

    21:45 “Budö/Qlimt” (Norveç) – “Seltik” (Şotlandiya)

    İlk oyun – 3:1

    00:00 “Slaviya” (Çexiya) – “Fənərbağça” (Türkiyə)

    İlk oyun – 3:2

    00:00 “Vitess” (Niderland) – “Rapid” (Avstriya)

    İlk oyun – 1:2

    00:00 PAOK (Yunanıstan) – “Midtyulan” (Danimarka)

    İlk oyun – 0:1.

    Səbuhi Musa
    PAYLAŞ:

    Oxşar xəbərlər