Tokio Olimpiadasında Ukraynaya yunan-Roma güləşində gümüş medal qazandıran Azərbaycan əsilli Pərviz Nəsibov Azərbaycana səfər edib.
Bununla bağlı o, özünün “Instagram” səhifəsində paylaşım edib.
Güləşçi Qazax rayonundakı evlərinin, bir zamanlar yaşadıqları ərazilərin foto və videolarını yayımlayaraq izləyicilərinə məlumat verib.
O, paylaşımın qeyd hissəsində bildirib ki, yenidən vətəndə olmaqda qürur hiss keçirir:
“Ümumiyyətlə, mənim həyatım çox maraqlıdır. Qazaxın ucqar dağ kəndində doğulan uşaq Ukraynaya getdi və düzgün yol tutaraq nailiyyətlər qazandı”.