“Sivasspor” komandası “Qarabağ”la oyuna ciddi itkilərlə çıxacaq

“Sivasspor” komandası “Qarabağ”la oyuna ciddi itkilərlə çıxacaq
  • İdman

  • Türkiyənin “Sivasspor” klubu UEFA Avropa Liqasının “I” qrupunun üçüncü turunda “Qarabağ”la oyuna ciddi itkilərlə çıxacaq.

    LEQAL.AZ xəbər verir ki, klubun rəsmi saytı 4 futbolçunun Ağdam təmsilçisi ilə matçı buraxacağını yazıb.

    Sol ayaq əzələsində yırtıq aşkarlanan Xorxe Feliks 4 həftə yaşıl meydanlardan kənarda qalacaq. Ayağından əməliyyat olunmuş Aaron Appindanqoenin müalicəsində sonuncu mərhələ başlayıb. Sağ dizində problem aşkarlanan Sergey Rıbalka və Ziya Erdalın 1 həftədən sonra məşqlərə başlayacağı bildirilib.

    Qeyd edək ki, noyabrın 5-də keçiriləcək “Sivasspor”-“Qarabağ” matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər