“Milan” tarixində 3-cü dəfə A seriyasının ilk 6 turundan 16 xal toplayıb.
LEQAL.AZ apasport.az saytının məlumatına görə, “rossonyeri” qələbəyə 3 xalın verildiyi vaxtdan indiyədək iki dəfə indiki göstəriciyə imza atıb.
1995/96 və 2003/04 mövsümlərində milanlılar startda 5 qələbə ilə 1 heç-heçəyə imza atıb. Bu mövsümlərdə komandanı müvafiq olaraq Fabio Kapello və Karlo Ançelotti çalışdırıb. Hər iki halda “Milan” A seriyasının çempionu olub.
Qeyd edək ki, Stefano Piolinin yetirmələri 6 turdan sonra 16 xalla A seriyasının lideridir. Milanın eyniadlı təmsilçisi növbəti turda “Verona” ilə görüşəcək.