“UFC 242”: Həbib Nurməhəmmədovun 29-cu döyüşü və 29-cu qələbəsi

“UFC 242”: Həbib Nurməhəmmədovun 29-cu döyüşü və 29-cu qələbəsi
  • İdman

  • Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə çempionu rusiyalı Həbib Nurməhəmmədov ilə amerikalı döyüşçü Castin Getji arasında döyüş keçirilib.
    LEQAL.AZ xəbər verir ki, Əbu-Dabidə baş tutan görüş H.Nurməhəmmədovun qələbəsi ilə başa çatıb.
    Peşəkar arenada indiyədək məğlub olmayan Həbib Nurməhəmmədov bu görüşdə dünya çempionu kəmərini müdafiə edib. O, ikinci raundda rəqibini boğucu fəndə salaraq məğlub edib və yüngül çəkidə öz UFC çempionu titulunu qoruyub.
    Döyüşdən sonra tanınmış idmançı karyerasının sonuncu görüşünü keçirdiyini vurğulayıb.
    Qeyd edək ki, 2018-ci ilin aprelində rusiyalı idmançı amerikalı El Yakvinta ilə döyüşdə çempion kəmərini qazanıb və o vaxtdan bəri kəməri özündə saxlayır. 2018-ci ilin oktyabr ayında Həbib Nurməhəmmədov irlandiyalı Konor Makqreqora qalib gələrək çempion adını uğurla saxlayıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər