Rasim Kamil oğlu Nurullayev 1963-cü ildə Masallı rayonunun Köhnə Alvadı kəndində anadan olmuşdur.
Ailəlidir, iki övladı var.
Rasim Nurullayev həm iqtisadiyat üzrə, həm də pedaqoji sahədə ali təhsilli mütəxəssisdir.
Uzun müddət Masallı Rayon Təhsil Şöbəsində məsləhətçi, baş məsləhətçi, baş mühasib vəziflərərində işləmişdir. Eyni zamanda ATİAHİ Masallı rayon Komitəsində yarımştat məsləhətçi vəzifəsində çalışmısdır.
2016-cı ildən ATİAHİ Masallı Rayon Komitəsinin baş məsləhətçisi vəzifəsində işləyir.
Rasim müəllim həm də Masalli Dövlət Regional Kollecinin müəllimi kimi pedaqoji fəaliyyətini də davam etdirir.
ATİAHİ Masalli Rayon Komitəsinin 2 dekabr 2024 –cü il tarixdə keçirilən iclasında komitə uzvləri Rasim Nurullayevi yekdilliklə rayon komitəsinin sədri seçmişlər.
Rasim müəllimi təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayırıq.