Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Xaçmaz şəhərində vətəndaşları qəbul edəcək.
Leqal.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Məlumata görə, fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən dekabrın 6-da Xaçmaz şəhərində, Nazirliyin Şimal Regional Mərkəzinin binasında saat 10:00-dan Xaçmaz və Şabran rayonları sakinlərinin qəbulu keçiriləcək.
Qəbula gələn vətəndaşların qeydiyyatı dekabrın 5-də Nazirliyin Şimal Regional Mərkəzinin binasında saat 09:00-da başlayacaq. Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.
Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.
Əlaqə:
tel: +994 (12) 512-01-14
e-mail: [email protected]