FIFA 2021-ci ilin ən yaxşılarının qısa siyahısını açıqladı

FIFA 2021-ci ilin ən yaxşılarının qısa siyahısını açıqladı
  • İdman

  • Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) 2021-ci ildə “Ən yaxşı futbolçu” adına namizədlərin qısa siyahısını açıqlayıb.

    Qurumun mətbuat xidmətindən verilən məlumata görə, yekun siyahıya fransız Kərim Benzema (“Real”, İspaniya), belçikalı Kevin de Bruyne (“Mançester Siti”, İngiltərə), portuqaliyalı Kriştianu Ronaldu (“Yuventus”, İtaliya və “Mançester Yunayted”, İngiltərə), norveçli Erlinq Holland (“Borussiya”, Almaniya, Dortmund), italyan Corcinyo və fransız NQolo Kante (hər ikisi “Çelsi”, İngiltərə), polşalı Robert Levandovski (“Bavariya”, Almaniya), fransız Kilian Mbappe və braziliyalı Neymar (hər ikisi PSJ), argentinalı Lionel Messi (“Barselona”, ​​İspaniya və PSJ) və misirli Məhəmməd Salah (“Liverpul”, İngiltərə) daxildir.

    Qeyd edək ki, səsvermə dekabrın 10-dək davam edəcək.

    Mükafatlandırma mərasimi isə onlayn formatda yanvarın 17-də təşkil ediləcək.

    Mənbə: fifa.com
    PAYLAŞ:

    Oxşar xəbərlər