Masallılı pəhləvanlar Bakı çempionatının qalibidir

Masallılı pəhləvanlar Bakı çempionatının qalibidir
  • İdman

  • Noyabrın 18-də  Tofiq Bəhramov adına Respublika stadionunun idman zalında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə sərbəst güləş üzrə Bakı şəhər çempionatı keçirilib.

    10 çəki dərəcəsində 75 idmançının  mübarizə apardığı çempionatda Masallı rayonunu təmsil edən pəhləvanlar da gücünü sınayıb.

    Yarışların yekun nəticəsinə əsasən Rəşid Babazadə isə 65, Zəfər Əliyev isə 97 kiloqram çəki dərəcəsi üzrə fəxri kürsünün ən yüksək pilləsinə sahib olublar.

    Məlumat üçün bildirək ki, hər iki idmançı Masallı Rayon Gənclər və İdman İdarəsinin nəzdindəki Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimi Təhmasib İsayevin yetirməsidir.

    Müəllif: Akif Ağayev

    PAYLAŞ:

    Oxşar xəbərlər