Finalda Ərkivanın “Grand” və “Qala-95” komandaları görüşəcək.
Masallı Rayon Gənclər və İdman İdarəsi, Bioloji Təbabət Klinikası, AFFA və “Azad” futbol klubunun təşkilatçılığı ilə “Şəhidlər ölməz, Vətən bölünməz” devizi altında keçirilən mini futbol turnirinin 1/2 final oyunları başa çatıb.
Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himnimiz səslənıb.
“Viləş” (Masallı) mini futbol stadionunda təşkil olunan oyunları AFFA-nın milli dərəcəli hakimləri Xalid Quliyev və Rəşad Aydınov idarə ediblər.
Noyabrın 18-də, 1/2 final oyunları çərçivəsində “Grand” FK – “Bioloji Təbabət” görüşü 1-0, “Qala-95” – “Göytəpə” FK qarşılaşması isə 8-2 hesabı ilə nəticələnib.
Final mərhələsinin rəsmi açılış mərasimi noyabrın 22-də (saat 18:00-da) olacaq.
Finalda (saat 20:00-da) “Grand” FK və “Qala-95” komandaları qarşılaşacaq.
“Bioloji Təbabət”lə “Göytəpə” futbol klubu isə (saat 19:00-da) üçüncü yer uğrunda mübarizə aparacaq.
Akif AĞAYEV