Kriştianu Ronaldu antirekorda imza atıb

Kriştianu Ronaldu antirekorda imza atıb
  • İdman

  • Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu antirekorda imza atıb.

    Leqal.az "Squawka" nəşrinə istinadən xəbər verir ki, 36 yaşlı hücumçu Serbiyaya 1:2 hesabı ilə uduzduqları 2022-ci il dünya çempionatının seçmə oyununda çərçivəyə zərbə endirə bilməyib.

    Təcrübəli forvard karyerasında ilk dəfə mundialların seçmə matçında belə halla üzləşib.

    Qeyd edək ki, rəqibinə qalib gələn Serbiya yığması DÇ-2022-nin final mərhələsinə vəsiqə qazanıb. Portuqaliya isə pley-offda iştirak edəcək.report
    PAYLAŞ:

    Oxşar xəbərlər