AFFA-nın təşkil etdiyi Region Liqasının yeni mövsümünün ikinci turu çərçivəsində Masallının "Ərkivan" futbol klubu səfərdə Cəlilabadın "Ümid" futbol klubu ilə qarşılaşıb.
Noyabrın 7-də Cəlilabad şəhər mərkəzi stadionunda keçirilən oyun öncəsi şəhidlərimizin xatirəsi anılıb, Dövlət himnimiz səslənib.
Görüşün ilk dəqiqələrindən üstünlüyü ələ alan masallılar 15-ci dəqiqədə fərqləniblər. Futbolçumuz Əflatun Məmmədov rəqiblərin torunu silkələyib.
İlk hissənin sonunda “Ümid” bərabərliyə nail olub.
Fasilədən sonra qarşı tərəf 56-cı dəqiqədə hesabda irəli çıxmağa müvəffəq olub. Lakin onların sevinci çox çəkməyib. 78-ci dəqiqədə rəqib qapısına yol tapan Mirmunis Tağıyev tarazlığı bərpa edib – 2:2.
Səfərdən xalla qayıdan “Ərkivan” FK 4 xalla qrupda liderliyini qoruyur.
Akif AĞAYEV,
MASALLI.