İngiltərənin “Mançester Yunayted” klubunun serbiyalı yarımmüdafiəçisi Nemanya Matiç gələn yay “Barcelona” klubuna keçə bilər.
Bu barədə Leqal.az “The Sun” nəşrinə istinadən xəbər verir.
Mənbənin sözlərinə görə, Kataloniya klubu mərkəz xəttini gücləndirməkdə maraqlıdır. “Barcelona” 33 yaşlı yarımmüdafiəçini gələn il güzəştli qiymətə almaq istəyir. Belə ki, serbiyalı futbolçunun “Mançester Yunayted”lə müqaviləsinin müddətinin bitməsinə bir il qalacaq.
Kataloniyalılar üçün Matiçin maaşı da məqbuldur.
Qeyd edək ki, Matiç 2017-ci ildə “Çelsi”dən 44,7 milyon avroya “Mançester Yunayted” klubuna keçib. Onun klubla müqaviləsi 30 iyun 2023 -cü ilə qədərdir.