İtaliyanın "Yuventus" klubu yayda ulduz futbolçusu Kriştianu Ronaldu ilə yollarını ayıra bilər.
LEQAL.AZ report-a istinadən xəbər verir ki, bu barədə tanınmış jurnalist Nikola Skira özünün tvitter hesabında yazıb.
O bildirib ki, 36 yaşlı hücumçunun maaşı çox yüksək olduğundan, Turin təmsilçisi onu yay transfer dönəmində satmağı düşünür.
Qeyd edək ki, Kriştianu Ronaldunun "Yuventus"la müqaviləsi 2022-ci ilin yayında başa çatmalıdır. Portuqaliyalı oyunçunun maaşı ildə 31 milyon avrodur. Forvard Turin klubuna 2018-ci ilin iyulunda İspaniyanın "Real Madrid" klubundan 117 milyon avroya keçib.