Mahir Emreli: "Avropa Liqasında qol vurmaq mənim üçün çox vacib idi"

Mahir Emreli: "Avropa Liqasında qol vurmaq mənim üçün çox vacib idi"
  • İdman

  • "Komandalardan biri daha çox topla oynamaq istəyirdi, digəri isə əsasən müdafiəyə yönəlmişdi. Əks hücumlardan sonra öz fürsətimizi gözlədik. Komanda topla çox oynayırsa, qol vurmaq vacibdir".

    LEQAL.AZ-ın məlumatına görə, Polşanın "Legiya" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli Çexiyada Çexiyada "Slaviya" ilə 2:2 hesablı heç-heçə etdikləri Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu barədə danışarkən deyib.

    24 yaşlı müdafiəçi iki dəfə rəqib qapısına yol tapdıqları üçün xoşbəxt olduqlarını bildirib: "Matç son dərəcə maraqlı idi. Varşavada qələbə qazanmaq üçün hər şeyi etməliyik.

    Emreli Avropa Liqasında ilk dəfə fərqləndiyini sözlərinə əlavə edib: "Bu turnirdə əvvəl heç vaxt qol vurmamışam. Bu yarışda kilidi açmaq və qol vurmaq mənim üçün vacib idi. Bugünkü qarşılaşma da eyni dərəcədə vacibdir. Qarşıda cavab görüşümüz var. Hamımız bu oyuna 100 faiz köklənməliyik. Bu komanda ilə əlaqəli hər kəs Avropa Liqasının qrup mərhələsinə yüksəlməyi gözləyib. Səhv etmirəmsə, "Legiya" 4 ildir ki, qruplarda yer almır. Ona görə arzumuz üçün mübarizə aparacağıq"./report
    PAYLAŞ:

    Oxşar xəbərlər