Tokio-2020 Yay Olimpiya Oyunlarında bu gün Azərbaycanın bir təmsilçisi mübarizə aparacaq.
LEQAL.AZ report-a istinadən xəbər verir ki, boksçu Cavid Çələbiyev 1/8 final görüşünə çıxacaq.
63 kq çəki dərəcəsində yer alan dünya çempionu Ermənistan təmsilçisi Ovannes Baçkovla üz-üzə gələcək. Döyüş Bakı vaxtı ilə saat 07:36-da başlayacaq.
Çələbiyev 1/16 finalda ukraynalı Yaroslav Hartsizə 5:0 hesabı ilə qalib gəlib.
Tokio-2020
30 iyul
Boks
63kq
07:36. 1/8 final. Cavid Çələbiyev - Ovannes Baçkov (Ermənistan)
Qeyd edək ki, indiyədək Azərbaycanın 22 idmançısı mübarizəni dayandırıb, 2-si medal qazanıb.