Azərbaycan cüdoçusu Uşangi Kokauri Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.
LEQAL.AZ-ın məlumatına görə, 100 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən idmançı 1/8 finalda braziliyalı Rafael Silva ilə üz-üzə gəlib.
Əsas vaxtda qalib müəyyənləşməyib. Qızıl xal bölümündə rəqibinə vazari ilə uduzan Kokauri olimpiada ilə vidalaşıb.
06:18
Azərbaycan cüdoçusu Uşangi Kokauri Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
report-un məlumatına görə, 100 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən idmançı 1/16 finalda Polşa təmsilçisi Matsey Sarnaçki ilə üz-üzə gəlib.
Rəqibinə ipponla qalib gələn Kokauri 1/8 finala yüksəlib. O, bu raundda braziliyalı Rafael Silva ilə üz-üzə gələcək.