Tokio-2020: Azərbaycanın daha 4 idmançısı mübarizəyə başlayacaq

Tokio-2020: Azərbaycanın daha 4 idmançısı mübarizəyə başlayacaq
  • İdman

  • Tokio-2020 Yay Olimpiya Oyunları davam edir.

    LEQAL.AZ-ın məlumatına görə, yarışın üçüncü günündə 18 dəst medallar sahibi tapacaq.

    İyulun 25-də Azərbaycan millisinin 4 üzvü də mübarizəyə qoşulacaq. Onlardan yalnız birinin qatılacağı yarışda medalçılar bəlli olacaq. Cüdoçu Orxan Səfərov mükafat uğrunda mübarizə aparacaq.

    Gimnast Marina Nekrasova, stend atıcısı Emin Cəfərov təsnifat mərhələsində gücünü sınayacaq. Boksçu Cavid Çələbiyev də bu gün mübarizəyə başlayacaq.

    25 iyul
    05:00. İdman gimnastikası, qadınlar, 1-ci hərəkət – Marina Nekrasova
    06:55. İdman gimnastikası, qadınlar, 2-ci hərəkət - Marina Nekrasova
    10:10. İdman gimnastikası, qadınlar, 3-cü hərəkət - Marina Nekrasova
    12:05. İdman gimnastikası, qadınlar, 4-cü hərəkət - Marina Nekrasova
    15:20. İdman gimnastikası, qadınlar, 5-ci hərəkət - Marina Nekrasova

    08:24. Boks, kişilər. 1/16 final. 63 kq. Cavid Çələbiyev – Yaroslav Hartsiz (Ukrayna)
    06:00. Cüdo, kişilər. 66 kq. 1/16 final. Orxan Səfərov – Yerlan Serikjanov (Qazaxıstan)

    05:00. Stend atıcılığı. Kişilər, skit. Təsnifat mərhələsi./apasport

    PAYLAŞ:

    Oxşar xəbərlər