"İdmançıların hüquq və vəzifələri" mövzusunda onlayn seminar keçirilib

"İdmançıların hüquq və vəzifələri" mövzusunda onlayn seminar keçirilib
  • İdman

  • İyulun 26-sı Azərbaycan İdman Könüllüləri ictimai birliyi və Qazax Dövlət Sosial-İqtisadi Kollecinin birgə təşkilatçılığı ilə "İdmançıların hüquq və vəzifələri" mövzusunda onlayn seminar keçirildi.

    Tədbiri giriş sözü ilə açan Birliyin sədri Miraqil Seyidzadə Gənclər və İdman Nazirliyinin yaranma tarixi haqqında məlumat verdi.

    İSLA Beynəlxalq İdman Hüquqşünasları Təşkilatının üzvü, idman hüquqşünası Fərid Haqverdiyev seminarda Azərbaycan Respublikasının Konstitusiyasına və Olimpiya bəyannaməsinə əsasən idmançıların hüquqlarından və vəzifələrindən bəhs etdi.

    Qeyd etdi ki, idmançılar dopinq və manipulyasiya ilə mübarizə aparmalıdır. Sonda mövzu ətrafında könüllüləri maraqlandıran suallar cavablandırılıb.


    Müəllif:  LEQAL.AZ

    PAYLAŞ:

    Oxşar xəbərlər