Bu gün UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinə start veriləcək.
LEQAL.AZ-ın məlumatına görə, ilk oyun günündə 6 görüş baş tutacaq.
Rumıniya təmsilçisi ÇFR Cəbəllütariqdə "Linkoln"un qonağı olacaq. Macarıstan çempionu "Ferentsvaroş" Litva "Jalgiris"ini qəbul edəcək. Xorvatiyanın "Dinamo" (Zaqreb) komandası evdə Kipr "Omoniya"sını, Avstriya "Rapid"i isə Çexiyanın "Sparta" (Praqa) komandasını sınağa çəkəcək.
"Seltik" isə Şotlandiyada Danimarka "Midtüllan"ı ilə qarşılaşacaq.
UEFA Çempionlar Liqası
II təsnifat mərhələsi, ilk oyunlar
18:00. "Alaşkert" (Ermənistan) - "Şerif" (Moldova)
20:00. "Linkoln" (Cəbəllütariq) - ÇFR (Rumıniya)
22:00. "Ferentsvaroş" (Macarıstan) - "Jalgiris" (Litva)
22:00. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Omoniya" (Kipr)
22:30. "Rapid" (Vyana, Avstriya) - "Sparta" (Praqa, Çexiya)
22:45. "Seltik" (Şotlandiya) - "Midtüllan" (Danimarka)
Qeyd edək ki, bu raundun digər 7 görüşü iyulun 21-də keçiriləcək./report