"TV-də xəbərin hazırlanması" mövzusunda onlayn seminar keçiriləcək

"TV-də xəbərin hazırlanması" mövzusunda onlayn seminar keçiriləcək
  • İdman

  • İyulun 9-u Azərbaycan İdman Jurnalistləri Federasiyasının və Azərbaycan İdman Könüllüləri ictimai birliyinin birgə təşkilatçılığı ilə "Könüllü jurnalist" layihəsinin növbəti onlayn seminarı "TV-də xəbərin hazırlanması" mövzusuna həsr olundu.

    AİJF İdarə Heyətinin üzvü, ATV kanalının İdman Şöbəsinin redaktoru Sənan Şəfizadə çıxışında televiziyadakı iş prinsipi haqqında, aktuallığına görə, xəbərlərin yayınlanma saatı, xəbərə komanda yanaşmasından bəhs etdi.

    Uğurlu xəbərin hazırlanmasında operatorla müxbirin birgə çalışmasının önəmini vurğuladı. Seminarda həmçinin, televiziyada xarici dildən və terminlərdən istifadə qaydası haqqında da məlumat verildi.

    Seminarda iştirakçıları maraqlandıran suallar cavablandırıldı.


    Müəllif: LEQAL.AZ

    PAYLAŞ:

    Oxşar xəbərlər