"Hər kəsin marağına səbəb olan xəbər" mövzusunda onlayn seminar keçirildi

"Hər kəsin marağına səbəb olan xəbər" mövzusunda onlayn seminar keçirildi
  • İdman

  • İyulun 8-i Azərbaycan İdman Jurnalistləri Federasiyasının və Azərbaycan İdman Könüllüləri ictimai birliyinin birgə təşkilatçılığı ilə "Könüllü jurnalist" layihəsinin növbəti onlayn seminarı "Hər kəsin marağına səbəb olan xəbər" mövzusuna həsr olundu.

    Azərbaycan İdman Könüllüləri ictimai birliyindən LEQAL.AZ-a verilən məlumata görə, AİJF İdarə Heyətinin üzvü, Azerisport saytının baş redaktoru Vüqar Zeynalov çıxışında xəbər mövzusunun düzgün seçilməsindən, informasiyalara yanaşma tərzindən, müsahibədə istifadə olunan sualların qoyuluş tərzindən bəhs etdi. Qeyd etdi ki, daha yaxşı material hazırlamaq üçün araşdırma aparmaq çox vacibdir.

    Seminarda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər