İyulun 6-sı Azərbaycan İdman Jurnalistləri Federasiyasının və Azərbaycan İdman Könüllüləri ictimai birliyinin birgə təşkilatçılığı ilə keçirilən "Könüllü jurnalist" layihəsinin ilk onlayn seminarı "Məqalə hazırlanmasında qızıl qaydalar" mövzusuna həsr olundu.
AİJF-nin vitse-prezidenti, “Futbol+” qəzetinin baş redaktoru Mahir Rüstəmli çıxışında məqalə anlayışı, məqalənin məzmununun seçilməsi, mövzunun araşdırılması, məqalə hazırlayarkən düzgün başlıqların seçilməsindən bəhs etdi.
Müzakirə formasında keçirilən görüşdə həvəskar jurnalistlər bu mövzuda qarşılaşdıqları çətinliklərdən danışdılar.
Seminarın sonunda iştirakçıları maraqlandıran suallar cavablandırıldı.
Müəllif: LEQAL.AZ