Şəmkirdə dibçəkdə narkotik yetişdirən şəxs saxlanılıb FOTO

Şəmkirdə dibçəkdə narkotik yetişdirən şəxs saxlanılıb  FOTO
  • Hadisə

  • Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkarlanaraq götürülüb.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan LEQAL.AZ-a bildiriblər ki, polis əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş, rayonun Aşağı Seyfəli kənd sakini Azər Süleymanova məxsus, fərdi yaşayış evinin həyətyanı sahəsindən xüsusi aqrotexniki qaydada qulluq edilmiş narkotik xassəli çətənə - Kannabis bitkiləri aşkarlanaraq götürülüb. Həyətyanı sahəyə baxış zamanı oradan 18, fərdi yaşayış evindən isə 4 çətənə kolu aşkarlanıb.

    Götürülmüş maddi sübutlar bioloji ekspertizaya təqdim olunub. Dindirilmə zamanı saxlanılan şəxs çətənə kollarını özü şəxsi istifadə məqsədi ilə becərdiyini bildirib.

    Faktla bağlı təhqiqat aparılır.

    PAYLAŞ:

    Oxşar xəbərlər