Goranboyda gəlin bıçaqlandı, qayınana öldürüldü

Goranboyda gəlin bıçaqlandı, qayınana öldürüldü
  • Hadisə

  • Goranboy rayonunda ağır cinayət hadisəsi baş verib.

    “Leqal” APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Faxralı kəndində qeydə alınıb.

    Belə ki, kənd sakinləri - 1995-ci il təvəllüdlü J.Yolçuzadə və onun qayınanası, rayonun Faxralı kənd sakini, 1963-cü il təvəllüdlü Z.Əhmədova yaşadıqları evdə bıçaqlanıblar. J.Yolçuzadə müxtəlif bıçaq xəsarətləri ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Z.Əhmədovanın isə hadisə yerində öldüyü müəyyən edilib.

    İlkin məlumata əsasən, hadisəni qadının oğlu - 1987-ci il təvəllüdlü E.Vəliyev törədib. Bildirilir ki, o, müharibə iştirakçısıdır və psixoloji problemləri var. Onun iki azyaşlı övladının olduğu qeyd edilir.

    Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər