Naxçıvanda iki tələbə dəm qazından zəhərlənərək ölüb.
“Leqal” Nuhçıxan-a istinadən xəbər verir ki, hadisə şəhərin Nizami küçəsi 61 ünvanında qeydə alınıb.
Məlumata görə, Ahmet və Büşra adlı tələbələr Türkiyə vətəndaşlarıdır.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, onlar Naxçıvan Dövlət Universitetinin tələbələri imiş.