Xəbər verdiyimiz kimi, bu gün Biləcəridə “Lake Hotel” restoranının yaxınlığında oranın 4 əməkdaşını cərəyan vurub öldürüb.
“Qafqazinfo” xəbər verir ki, faciəvi şəkildə həlak olan işçilərin ikisi Tərtər sakinləridir.
Belə ki, onlardan biri 1998-ci il təvəllüdlü Muradlı Cavidan Tofiq oğlu Tərtər şəhər sakini, 2006-cı il təvəllüdlü Əliyev Eltac Habil oğlu isə rayonun Köçərli kənd sakinidir.
Onlar sabah yaşadıqları ünvanda dəfn ediləcəklər.
Faciə nəticəsində həyatından olan digər iki gənc isə 20 yaşlı Emil Quliyev və 18 yaşlı Əkbər Zeynalovdur.
Fotoda: Eltac Əliyev

Fotoda: Cavidan Muradov

Fotoda: Emil Quliyev

Fotoda: Əkbər Zeynalov